Aysel Xəlilova

İNKLÜZİV TƏHSİLDƏ ŞAGİRDLƏRARASI MÜNASİBƏTLƏRİN YAXŞILAŞDIRILMASI YOLLARI

Xülasə. Müasir dövrdə sağlamlıq imkanları məhdud olan uşaqların sayı getdikcə artır. Bu amil sağ­lam­lıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasının yollarının axtarılmasını şərtləndirir. İnk­lü­ziv təhsil belə yollardan biri kimi mənalandırılır. Lakin inklüziv təhsildə sağlamlıq imkanları məhdud olan şa­girdlərin digər şagirdlərlə qarşılıqlı ünsiyyətində müəyyən çətinliklər yaranır. Bunun müxtəlif səbəbləri var. Məqalədə sağlamlıq imkanları məhdud olan şagirdlərin digər şagirdlərlə münasibətində yaranan çə­tin­lik­lə­rin və onun aradan qaldırılması yolları bu istiqamətdə tədqiqat aparan alimlərin əldə etdiyi nəticələr əsa­sın­da açıqlanır. 

Açar sözlər: inklüziv təhsil, sağlamlıq imkanları məhdud olan uşaqlar, ailədaxili münasibətlər sistemi, sinifdaxili münasibətlər sistemi, əməkdaşlıq, psixoloji yardım

Cild 91, №2 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI