Kəmalə Quliyeva, Nərgiz Muxtarlı, Aydan Şəkixanlı
TƏLƏBƏLƏRİN MÜƏLLİMLİK PEŞƏSİNƏ DAİR MOTİVASİYA SƏVİYYƏLƏRİ VƏ ONA TƏSİR EDƏN AMİLLƏR
Xülasə. İxtisas seçiminin uğurlu olduğunu əks etdirən əsas göstəricilərdən
biri də tələbələrin motivasiyasıdır. Ali təhsil müəssisələrində təhsil alan
tələbələrin motivasiya səviyyəsinə müsbət və ya mənfi şəkildə təsir edən bir
çox amillər var. Bu məqalədə müəllimlik ixtisası üzrə oxuyan 106 bakalavr tələbəsinin
iştirak etdiyi sorğuda onların peşə motivasiyasına təsir edən faktorlar
araşdırılıb. Tələbələrin ixtisas seçimi, karyera, təhsilin keyfiyyəti, müəllimlərin
peşəkarlığı haqqında məlumat toplamaq məqsədilə verilən suallar əsasında Azərbaycanda
pedaqoji ixtisaslar üzrə bakalavr təhsili alan tələbələrin ixtisas motivasiyası
və gələcəklə bağlı planları araşdırılıb. Respondentlərin cavablarına əsasən bu
qənaətə gələ bilərik: 1) tədrisin keyfiyyəti; 2) müəssisə imkanları və pedaqoji
təcrübənin keyfiyyəti; 3) yerli stereotip və iş tələbləri tələbələrin peşə motivasiyasına
ciddi şəkildə təsir göstərir.
Açar sözlər: müəllim, tələbə, motivasiya, ixtisas seçimi, karyera, təhsilin
keyfiyyəti.