Günəş Əfəndiyeva

TƏLƏBƏ ŞƏXSİYYƏTİNİN TƏLİM ŞƏRAİTİNƏ ADAPTASİYASININ  ƏSAS PSİXOLOJİ AMİLLƏRİ

Xülasə. Məqalədə qeyd olunur ki, tələbəlik həyatı gənclərin həyatının ən önəmli bir dövrüdür. Tə­lə­bə­lik tərkibcə mütəmadi olaraq dəyişən mobil sosial qrupdur. Ünsiyyətin yüksək intensivliyi - tələbəliyin sə­ciy­yəvi xüsusiyyətidir. Psixoloqlar tələbəliyi "xüsusi sosial kateqoriya", insanların spesifik birliyi kimi sə­ciy­yə­lən­­dirərək tələbəlik yaşının psixoloji səciyyəsini müəyyən edib buraya tələbələrin yüksək idraki mo­ti­va­si­ya­sını, sosial aktivliyini və sosial yetkinliyini daxil etmişlər. Ali məktəbdə tələbələrin təlim uğurlarına bir çox amillər təsir göstərir. Bu amillərə: maddi vəziyyət, sağlamlıq dərəcəsi, yaş, ailə vəziyyəti, ali məktəbə daxil ola­na qədər hazırlıq səviyyəsi, özünütəşkil vərdişlərinə yiyələnmə, öz fəaliyyətini planlaşdırma və nəzarət, təlim formaları, ali məktəbin maddi bazası, müəllimlərin ixtisaslaşma səviyyəsi aiddir. Bildirilir ki, tələ­bə­lə­rin intensiv sosiallaşma mərhələsi və ali psixi funksiyaların inkişafı ali məktəblərdə təlimin ümumi psixoloji inkişaf planında özünü daim təzahür etdirir və beləliklə, tələbənin özünütərbiyəsində zəruri keyfiyyətlər, sosial təcrübə formalaşır.

Açar sözlər: tələbə, sosial qrup, ünsiyyət, müəllim, sosial təcrübə, təlim, yoldaşlıq, dostluq

Cild 91, №3 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI