Rəna Qasımova
YENİYETMƏLƏRDƏ AQRESSİYAYA SƏBƏB
OLAN AMİLLƏR
Xülаsə. Bu məqаlə
yеniyеtmələrdə aqressiyanın artmasına səbəb olan amillər haqqındadır. Yeniyetməlik
dövründə uşaqlar emosional olaraq qeyri-sabit olurlar. Psixoloqlar bunun səbəbini
ilk növbədə bioloji amillərlə əlaqələndirirlər- hormonal dəyişiklik, bədəndə
gedən yeniliklər, yetkinlik. Buna baxmayaraq, bəzən emosional hallar radikal
forma ala bilər və aqressiyaya çevrilə bilər. Və əgər yeniyetmə öz inadkarlığı,
üsyanı, aqressiyası ilə baş-başa qalarsa, bu, onu cinayətə və ya qarşısı
alınmaz digər mənfi hallara sürükləyə bilər.
Аçаr sözlər: yеniyеtməlik,
aqressiya, aqressivlik, zorakılıq, emosional vəziyyət, рsixоlоgiyа