Zeynəb Həcəmova

KÜTLƏ FENOMENİNİN İDARƏETMƏ QƏRARLARININ QƏBULUNA GÖSTƏRDİYİ TƏSİRİN SOSİAL-PSİXOLOJİ TƏHLİLİ

Xülasə. Elmi məqalədə kütlə fenomeninin idarəetmə qərarlarının qəbuluna göstərdiyi təsirin sosial-psixoloji xüsusiyyətləri araşdırılmışdır. İdarəetmə qərarlarının qəbul edilməsi prosesi sistematik olaraq onu əhatə edən bütün fəaliyyət növlərinin müəyyən ardıcıllıqla yerinə yetirilməsini nəzərdə tutur. İdarəetmə obyektiv olaraq informasiyanın toplanmasını, işlənməsini və təhlilini; müvafiq olaraq məqsədin müəyyən edilməsini və qərarın hazırlanmasını; idarəedici əmrin verilməsini və onun icraçılara çatdırılmasını; qərarın həyata keçirilməsini və obyektin dəyişilməsini nəzərdə tutur. Məntiq elmi məntiqi təfəkkürün nizamlı müəyyənləşdirilməsindən ibarət olan düzgün və ardıcıl düşüncə tərzi, o cümlədən təfəkkür olduğundan insanın düşüncə tərzi davamlı zəkanın prinsipləri ilə şərtlənir. İdarəetmədə psixoloji sirayət qərar qəbuluna kütlə psixologiyasının fonunda təsir göstərir. Əsasən şəxsiyyətlərarası münasibətləri əhatə psixoloji sirayət (yoluxma) emosional xarakter daşıdığından qavranılan insanların qabiliyyətindən, emosional vəziyyətindən, diqqət meyillərindən və dəyərlər sistemindən, o cümlədən hadisələrin əhəmiyyətindən asılı olur. Psixoloji yoluxmanın idarəetmədə qərar qəbuluna göstərdiyi kütləvi təsir növbəti struktur üzrə inkişaf edir: müvafiq informasiyanın kütləyə ötürülməsi → informasiyanın qəbul edilməsi → şüurlu və şüursuz təqlid → fizioloji əks əlaqə → emosional təcrübə (Zhang, 2014).

Açar sözlər: idarəetmə; idarəetmə qərarları; məntiqi dərketmə; intuisiya; kütlə fenomeni; psixoloji sirayət; informasiya

Cild 91, №3 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI