Roza İsmayılova

İNKLÜZİV TƏHSİL SİSTEMİNİN NƏZƏRİ ASPEKTLƏRİ

Xülasə. İnklüziv təhsil müasir dövrdə öz aktuallığı ilə fərqlənən məsələlərdən biridir. Nəinki cə­miy­yə­tin, dünyanın hər yerində sağlamlıq imkanları məhdud şəxslərin qarşılaşdığı maneələrin, çətinliklərin müəy­yən edilməsi və onların həlli yollarının tapılması məhz inklüziv təhsilin yaradılmağı ilə nəticələnmişdir. İnk­lü­ziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün gənclərin müxtəlif ehti­yac­la­rı­na uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi hesab olunur. Bu təhsil forması, həmçinin, sağlamlıq im­kan­ları məhdud gənclərin təhsilə cəlb olunmasını da özündə cəmləşdirir. Nəzərə almaq lazımdır ki, gənclərin müs­təqil bir fərd kimi təhsili zamanı onların hər birinin müəyyən ehtiyacları yarana bilər. Bunlar həm tibbi, həm psixoloji, həm də sosioloji ehtiyaclar ola bilər. Fiziki baxımdan sağlam olan insanlarla yanaşı, sağlamlıq imkanları məhdud olan insanların da belə tələbatları mümkündür. Təbii ki söhbət təhsildən gedirsə, ən birinci qeyd edəcəyimiz məsələlərdən biri də həmin uşaq və gənclərin təlim prosesinə cəlb və adaptasiya olunması, təlimdə həmyaşıdlarından geri qalmamalarıdır. Əgər bir insanda hər hansı bir problem varsa, o təhsildən geri qalmamalı, əksinə cəmiyyətə inteqrasiya olunaraq, özünü müstəqil fərd kimi yetişdirməyi də bacarmalıdır. Bu yolda isə inklüziv təhsilin rolu kifayət qədər böyükdür.

Açar sözlər: inklüziv təhsil, sağlamlıq imkanları, psixi xəstəlikləri, inteqrasiya, inkişaf

Cild 91, №3 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI